DÜNYA


Çində ölkənin ən iri stadionunun inşasına başlanılıb

Çinin Quancou şəhərində ölkənin ən iri stadionunun inşasına başlanılıb. Çinin “Guangzhou Evergrande” futbol klubununa məxsus 100 min tamaşaçı tutumlu arena həm də dünyanın ən böyük stadionlarından biri olacaq. Qeyri-adi dizaynı olan stadion geniş ləçəkli su zanbağı şəklində inşa ediləəck. Ümumi sahəsi 150 min kvadratmetr olan stadionın dizayn layihəsinin müəllifi tanınmış amerikalı dizayner Həsən Seyiddir.
“Guangzhou Evergrande” futbol klubununun sahibi "Evergrande group" şirkəti stadionun və ona aid idman kokpleksinin inşasına təxminən 1,7 milyard ABŞ dolları sərf edəcək. Təkcə torpaq sahəsinin dəyəri 960 milyon dollardır. Şirkət tikinti-quraşdırma işlərinin 2022-ci ilin dekabrında bitəcəyini açıqlayıb.