DÜNYA


Comolunqma dağının hündürlüyünü ölçən ekspedisiyanın üzvləri zirvəyə çatıblar

Dünyanın ən uca nöqtəsi olan Comolunqma (Everest) zirvəsinin hündürlüyünü ölçən Çin missiyasının üzvləri mayın 27-də səhər saatlarında dağın zirvəsinə çatıblar.
AZƏRTAC xəbər verir ki, bu, zirvənin hündürlüyünü yenidən ölçülməsi missiyasının həlledici məqamlardan biri hesab olunur. Heyət 10 saatlıq istirahətdən sonra gecə saat 02:10-da dəniz səviyyəsindən 8300 metr hündürlükdə olan düşərgədən çıxaraq, saat 11 radələrində zirvəyə çatıblar. Heyət ölçmə prosesi üçün xüsusi geodeziya avadanlığını zirvədə quraşdırıb. Onların zirvəyə çatmaq planı pis hava şəraiti səbəbindən 2 dəfə təxirə salınmışdı.