DÜNYA


ABŞ Prezidentinin hərəkəti sosial mediada baxış rekordu qırdı

NASA-nın iki astronavtının olduğu Space X-in “Crew Dragon” kosmik gəmisinin sınaq uçuşundan sonra keçirilən mərasimə gələn ABŞ Prezidenti Donald Trampı Hərbi Hava Qüvvələrinin polkovniki Donald Smit qarşılayıb.
AZƏRTAC "haber7.com"a istinadən bildirir ki, Smit Trampla əl verib salamlaşmaq istəsə də, ABŞ prezidenti koronavirus təhlükəsinə görə geri çəkilib.
Həmin anlar sosial mediada baxış rekordu qırıb.