DÜNYA


Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda sərnişin avtobusu aşıb. İlkin məlumata görə, hadisə nəticəsində sərnişinlərdən biri həlak olub, 17 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, avtobusun Ankara istiqamətində hərəkət etdiyi bildirilir.
Qəza baş verən bölgəyə çox sayda təcili tibbi yardım briqadaları cəlb olunub.