DÜNYA


Çində avtobusun su anbarına aşması nəticəsində 21 nəfər həlak olub

Çinin cənub-qərbində yerləşən Huyçjou əyalətində ictimai avtobusun su anbarına aşması nəticəsində azı 21 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.
AZƏRTAC Çinin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 11:45-də Anşun şəhərində qeydə alınıb. Məktəbliləri daşıyan avtobus naməlum səbəbdən aşıb, mühafizə maneəsini qıraraq su anbarına düşüb.