CƏMİYYƏT


Şamaxıda evsiz vətəndaşlar yeni mənzillərlə təmin olunublar REPORTAJ

Şamaxıda istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan ikimərtəbəli yaşayış binasının söküntüsünə başlanılıb. Həmin binanın zirzəmisində çətin şəraitdə yaşayan altı ailə binanın digər sakinləri kimi artıq yeni binada yaşayacaq.
AZƏRTAC xəbər verir ki, Şamaxıda Azərbaycan küçəsində yerləşən ​yaşayış binası 1960-cı ildə inşa olunub. Bina istifadə müddətini başa vurduğundan yaşayış üçün yararsız hesab olunub. İki mərtəbədən ibarət binanın zirzəmisində məskunlaşan altı ailə 30 ildən çoxdur ki, burada yaşayır.