CƏMİYYƏT


Karantin qaydalarını pozaraq Bakıdan bölgələrə sərnişin aparan sürücü və müştəriləri həbs olunublar

Koronavirus pandemiyası ilə əlaqədar bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakıdan rayonlara qanunsuz olaraq sərnişin daşıyan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bu qanunsuz fəaliyyətlə məşğul olan Şamaxı şəhər sakini Anar Ədilovu tutublar.