CƏMİYYƏT


Quba və Xaçmazda karantin qaydalarını pozaraq məclis təşkil edən şəxslər cərimələniblər

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyevin oğlunun hərbi xidmətdən qayıtması münasibətilə həyətində məclis təşkil etdiyini müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb. Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.