İQTİSADİYYAT


Cəlilabadda təkrar əkin üçün 500 hektara yaxın sahədə qarğıdalı yetişdirmək planlaşdırılıb

Cəlilabadda təkrar əkin üçün 500 hektara yaxın sahədə qarğıdalı yetişdirmək planlaşdırılıb. Artıq 200 hektar sahədə toxum səpini yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, mövcud torpaq-iqlim şəraiti əkinçilik və suvarma təminatı olan bölgələrdə təkrar əkin işləri aparmağa imkan verir. Sahədən ildə yalnız bir dəfə məhsul götürmək fermerlər üçün əlverişli aqrobiznes mühiti yaratmır. Dən və yaşıl yem istehsalının artırılmasının əsas yolu əlavə ehtiyat mənbəyi kimi təkrar əkin işlərinin aparılmasıdır.