SİYASƏT


Berlində yaşayan həmvətənlərimizin etiraz aksiyası

Almaniya-Azərbaycan Alyansının və Almaniyadakı Azərbaycan Diaspor Təşkilatlarının Mərkəzi Əlaqələndirmə Şurasının təşəbbüsü ilə Ermənistanın Berlindəki səfirliyinin binası qarşısında Almaniya paytaxtında yaşayan həmvətənlərimizin genişmiqyaslı etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin hakimiyyət orqanları bu mitinqdə 200 nəfərin iştirakına icazə verib. Tədbirdə Vətənin səsinə hər dəqiqə cavab verməyə və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazır olan həqiqi Azərbaycan vətənpərvərləri toplaşıblar.