İQTİSADİYYAT


Balakəndə 18 min əhalinin istifadə etdiyi yol yenidən qurulub

Balakən rayonunda uzunluğu 29 kilometr olan və 18 min əhalinin istifadə etdiyi Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunub. Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni 2 metr olmaqla ümumi eni 10 metr təşkil edir.