CƏMİYYƏT


Fəaliyyətə başlayan gözəllik salonları və bərbərxanalarda vəziyyət necədir REPORTAJ

Xanım Nağıyeva, müxbir

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bu gündən gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir. Lakin bu obyektlərdə həm ziyarətçilərin, həm də işçilərin profilaktik qaydalara əməl etməsi mütləqdir.

Anar Ağakişiyev, vizajist

İşçilər əlcəkdə, maskada, müştəri daxil olan zaman hərarətini ölçürük, kimin maskası yoxdursa, maskanı təklif edirik, təbii ki, bunu zorla edə bilmərik, mülayim şəkildə deyirik ki, maska ilə daxil olun. Salon qurulanda güzgülərin, oturacaqların arasında bir metr məsafə var, işçilərdə maska, əlcək mütləqdir. Daha çox dırnaq ustaları təmasda olduqlarından onlar şəffaf eynək taxırlar.

Ramizə Abbasova, saç ustası

Bugündən bizim fəaliyyətimiz başlayıb. Müştəriləri biz növbə ilə qəbul edirik. Öz sağlamlığımız üçün, digər xanımların sağlamlığı üçün maskasız daxil olmaq olmaz. Heç bir müştəri növbəsiz, zəngsiz qəbul olunmur.

Hikmət Qədəşov, bərbər

Əsasən maskadan, spirtdən istifadə olunur, ara məsafəsini qorumaq lazımdır. Müştərilər əsasən zəng edirlər. Zəng etməkdən əlavə kim gəlirsə, ara məsafəsi saxlayırıq. Deyirik yarım saatdan, 40 dəqiqədən, 20 dəqiqədən sonra gəl. Yəni salon dolu olmur.