CƏMİYYƏT


Tovuzda bir vaxtlar yeddi rəngdə sement istehsal edən zavod

Tovuz rayonu ərazisində 70 il fəaliyyət göstərən sement istehsalı zavodu ötən əsrin 80-ci illərinin sonu işini dayandırıb. Zavodun qülləsi hazırda tarixi abidə kimi qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, yüz ildən çox yaşı olan Tovuz sement zavodu rayonun iqtisadi və mədəni inkişafında böyük rol oynayıb. Bir çox ölkələrdən insanlar bura işləmək üçün gəlib, yerli əhali ilə birlikdə çalışıblar.