CƏMİYYƏT


Tovuzda kəndlərə və dinc əhaliyə dəymiş ziyanın qiymətləndirilməsinə başlanıb

Tovuz rayonunu Ermənistan silahlı qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sərəncamın icrası ilə əlaqədar İqtisadiyYat və Fövqəladə Hallar Nazirliklərinin nümayəndələri, habelə Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup yaradılıb.