SİYASƏT


Azərbaycan diasporu Ermənistanın son təxribatlarına qarşı İsveç parlamentinin önündə etiraz aksiyası keçirib

İsveçdəki Azərbaycan diasporu Ermənistanın son təxribatlarına cavab olaraq, Stokholmda İsveç parlamentinin qarşısında etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Stokholmun mərkəzində yerləşən İsveç parlamenti “Riksdaq”-ın önünə toplaşan Azərbaycan və Türk diasporunun üzvləri baş verən son hadisələrlə bağlı yerli ictimaiyyəti məlumatlandırıblar.