SİYASƏT


İllinoysun Skoki şəhərində Azərbaycan icması üzvləri orduya dəstək aksiyası keçirib

ABŞ-ın İllinoys ştatının Çikaqo və ətrafyanı şəhərlərinin Azərbaycan icmasının üzvləri Skoki şəhərində erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirib.
AZƏRTAC xəbər verir ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkil etdiyi etiraz aksiyası iştirakçıları Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədilə Skoki şəhərinin mərkəzində yürüş keçiriblər.