DÜNYA


Ayasofya 86 ildən sonra ilk cümə namazı ilə ibadətə açılır

İyulun 24-də İstanbulda Ayasofya məbədi 86 ildən sonra ilk cümə namazı ilə məscid olaraq ibadətə açılır.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar bir neçə gün əvvəldən hazırlıqlar aparılıb. Ölkəni müxtəlif bölgələrində yaşayan vətəndaşlar açılış mərasimində iştirak etmək üçün İstanbula axın ediblər. Şəhərin Ayasofyaya yaxın 21 məscidi buraya gələn ziyarətçilərə xidmət göstərmək uçün gecə boyu açıq olub.