CƏMİYYƏT


Bakı və Abşeronda hava yağmursuz keçəcək

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.