CƏMİYYƏT


Gəncədə xüsusi karantin rejiminin tələblərini pozan 5014 nəfər cərimə edilib

Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarına riayət olunması istiqamətində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili Qoşunların əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir.