DÜNYA


Çində 23-cü beynəlxalq avtomobil sərgisi davam edir

Çinin Çendu şəhərində 23-cü beynəlxalq avtomobil sərgisi davam edir. Çində "A" klass 4 avtomobil sərgisindən biri olan Çendu sərgisində yerli və xarici 120 avtomobil brendinin 1500-dən çox modeli nümayiş olunur. Çendu sərgisini digərlərindən fərqləndirən isə nümayiş olunan avtomobillərin yerində satışının mümkün olmasıdır. Hətta bu cür satışda endirimlər də tətbiq olunur.