İQTİSADİYYAT


Qusarda 14 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması davam edir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunda yenidənqurma işləri davam etdirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Cibir-Həzrə-Mucuq-Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 kilometrdir. Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.