İQTİSADİYYAT


Paytaxtın Yusif Səfərov küçəsində yeni yol qovşağının yaradılması istiqamətində işlər yekunlaşır

Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və “28 May” küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı yenidənqurma işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə “28 May” küçəsinin kəsişməsində yerləşən, artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində addımlar atılıb.