ELM VƏ TƏHSİL


Ağstafa müəllimlərindən Qarabağda təhsilin inkişafına dəstək

Qırx dörd gün davam edən Vətən müharibəsində xalqımız bizə qələbə sevincini yaşadan ordumuza dəstəyini bir an belə azaltmadı. Sosial şəbəkələrdə bu yaxınlarda diqqəti çəkən videomüraciət isə Ağstafa rayonunun müəllimlərindən gəldi.
AZƏRTAC xəbər verir ki, videomüraciətdə müəllimlər işğaldan azad edilən rayon, şəhər və kəndlərimizdə müəllimlik fəaliyyətini davam etdirməyə hazır olduqlarını bildiriblər.