CƏMİYYƏT


20 Yanvar qanlı tariximizin yazıldığı vaxt

Qanlı tarixin yazıldığı vaxt. Düz 31 il öncə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qarbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya yeridilib, dinc əhali ağır texnikalardan və müxtəlif tipli silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirilib. Bu gün isə balacadan böyüyə hər kəs Şəhidlər Xiyabanını ziyarət etməyə gəlib. Vətəndaşlar bildirirlər ki, əvvəllər Şəhidlər Xiyabanına kövrək gələrdilər, lakin Müzəffər Azərbaycan ordusu Qarabağ torpaqlarını işğaldan azad etdikdən sonra hər bir kəs qürur hissi ilə buranı ziyarət edirlər. Çünki şəhidlərin ruhu şaddır.