CƏMİYYƏT


Cəbrayıl torpaqları yenidən canlanır

Vətən müharibəsində işğaldan azad olunan Cəbrayıl rayonu özünün münbit torpaqları ilə tanınır. Ermənilər bu torpaqları 27 ildir istismar edirdi.
Tarixi Azərbaycan torpaqları olan bu yerlər Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşir, Gəyən düzü və Qarabağ silsiləsini əhatə edir. Rayon ərazisi əsasən dağətəyi və düzənlikdən ibarətdir.