CƏMİYYƏT


Üç medalla təltif olunan qusarlı kəşfiyyatçı

Qusar rayonunun Cibir kəndi Vətən müharibəsində 4 şəhid verib. Qəhrəman kəndin şəhid övladlarından biri 18 yaşlı Malik Xeyirbəyovdur. Malik Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra üç medalla təltif edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Malik Xeyirbəyov 2002-ci ildə Qusar rayonunun Cibir kəndində anadan olub. Evin böyük övladı olan Malikin iki qardaşı və bir bacısı var.