CƏMİYYƏT


Yaqut Qarayeva: Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istehsal olunur

Qrip xəstəliyinə qarşı hər il yeni peyvənd istehsal olunur. Bu da qrip virusunda cürbəcür mutasiyaların baş verməsilə bağlıdır. Bu, normaldır. Bizi maraqlandıran baş verən mutasiyanın xəstəliyin gedişinə və yoluxmaya təsiridir. Britaniya ştammı daha əvvəlki mutasiyalardan fərqli olaraq, daha sürətlə yayılır. AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.