CƏMİYYƏT


Yaralı yoldaşlarını atəş altından çıxararkən şəhidlik zirvəsinə ucalan Sərhəd Hüseynov

Şəhid Sərhəd Hüseynovun 25 yaşı tamam olur. Ailəsi onun cənnətdə qovuşduğu ilk doğum gününü qeyd edir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Vətən müharibəsində ərazi bütövlüyümüz uğrunda döyüşə atılan, ölümün gözünə dik baxan qəhrəmanlarımızdan biri də Sərhəd Hüseynovdur. O, 1996-cı ilin bu günündə - aprelin 21-də Füzuli rayonunun Yağlavənd kəndində dünyaya göz açıb.