CƏMİYYƏT


Füzuli-Horadiz İcma Resurs Mərkəzi fəaliyyətə başlayıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Füzulidə İcma Resurs mərkəzinin açılış olub. Açılış mərasimində Dövlət Komitəsinin sədri Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti və başqaları iştirak ediblər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Füzuli Rayon İcra Hakimiyyətinin başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində mülki vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat verib.