CƏMİYYƏT


Şəhid və qazi ailələrinə övlad sevinci bəxş edən həkimlərimizdən biri – Fatimə Hacıyeva

Xalqın sağlamlığı keşiyində dayanmaq, insanların öz həyatlarını etibar etdikləri həkim adını daşımaq olduqca məsuliyyətlidir. Şəfalı əlləri ilə insanlara sağlamlıq bəxş edərək onların etibar və ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.Hər kəsin fəaliyyətinin amalı Vətənə, millətə xidmət olmalı, ürəyindən mərhəməti, əməlindən xeyirxahlığı əskik etməməli, dar gündə, birlik zamanında əlindən gələni artıqlaması ilə yerinə yetirməyə hazır olmalıdır.