DÜNYA


Köhnə şəhərdə yerləşən Ratuş meydanı və Qarabaşlılar Evi

Dauqava çayının sağ sahilində yerləşən “Köhnə şəhər”in özəyi Ratuş meydanıdır.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, orta əsrlərdə buranı bazar meydanı adlandırırdılar.
İkinci Dünya müharibəsi dövründə Ratuşa meydanı praktiki olaraq dağıdılıb. Bu gün meydan və orada olan bütün binalar tamamilə yenidən qurulub. Riqa Dumasının iclasları keçirilən Ratuşa bu meydanda yerləşir. Lakin şəhərin bu hissəsinin əsas bəzəyi Qarabaşlılar Evidir.