DÜNYA


Türkiyə xalqı Mustafa Kamal Atatürkün əziz xatirəsini yad edir

Bu gün Türkiyə Respublikasının qurucusu, böyük türk xalqının xilaskarı, qazi Mustafa Kamal Atatürkün vəfatının 83-cü ildönümüdür.AZƏRTAC xəbər verir ki, böyük Öndərin əziz xatirəsini anmaq məqsədilə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə dövlət və hökumət nümayəndələrinin də daxil olduğu rəsmi heyət Türkiyə xalqının böyük oğlunun məzarını - Anıtqəbiri ziyarət edib.