MÜSAHİBƏ


Komitə sədri: Zorakılığa məruz qalan ailələr daim diqqətdə saxlanılır və onlar psixoloji reabilitasiyalara cəlb edilirlər

Uşaqlara qarşı müxtəlif zorakılıq hallarının baş verməməsi üçün ailələr özləri sosial qurum kimi məsələni daim diqqətdə saxlamalıdırlar, çünki uşaqların ilk tərbiyə olunduğu sosial mühit ailədir. Hesab etmirəm ki, inzibati yolla və maarifləndirmə işi ilə bu problemin qarşısını tamamilə almaq mümkün olsun. Nəzərə almaq lazımdır ki, ailələrdə baş verən müxtəlif zorakılıq hallarının səbəbləri çoxdur və fərqlidir. Əlbəttə ki, biz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq problemə gətirib çıxaran mövcud səbəbləri aradan qaldırmağa çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.