CƏMİYYƏT


Erkən diaqnostika və müalicə süd vəzi xərçənginə qalib gəlməyə kömək edir

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında süd vəzi xərçənginə həsr olunmuş "Səsimiz olun" elmi-praktik konfrans keçirilib.
Tədbirdə çıxış edən ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov, Tədris Terapevtik Klinikanın müdiri, professor Surxay Musayev, Onkoloji Klinikanın süd vəzi üzrə mütəxəssis-onkoloqu, dosent Nəsimi Qasımov süd vəzi xərçənginə dünyada hər 8 qadından birində rast gəlindiyini, getdikcə geniş vüsət aldığını və xərçəng xəstəlikləri ölümləri arasında 5-ci yerdə olduğunu deyiblər. Bildirilib ki, erkən dövrdə qoyulan diaqnostika və müalicə xəstəliyə qalib gəlməyə kömək edir. Həmçinin südverən anaların xərçəngətutulma riskinin az olduğu diqqətə çatdırılıb.