SİYASƏT


Prezident: İşğaldan azad edilmiş ərazilərdə günəş və külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər

Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir. Artıq dəqiq hesablamalar aparılıb və günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında azad edilmiş ərazilərin bərpaolunan enerji potensialından danışarkən bildirib.