SİYASƏT


Prezident İlham Əliyev: Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın

Bilirsiniz, bu evlər məcburi köçkünlər üçün inşa edilmişdi. İşğal dövründə məcburi köçkünləri yerləşdirmək üçün, normal şərait yaratmaq üçün böyük işlər görüldü və belə gözəl şəhərciklər yaradıldı. Amma müharibədən sonra mən qərar qəbul etdim, onlar üçün nəzərdə tutulan yerləri biz şəhid ailələrinə təqdim edək ki, onlar çox vaxt gözləmədən tezliklə bu mənzillərlə təmin olunsunlar.AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib.