CƏMİYYƏT


Patronaj Tibb Bacıları üçün Təlim-Resurs Mərkəzinin açılışı olub

Bu gün Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 12 may - Beynəlxalq Tibb Bacısı Gününə həsr olunmuş tədbir keçirilib. Həmçinin BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə yaradılmış Patronaj Tibb Bacıları üçün Təlim-Resurs Mərkəzinin açılışı olub. Tədbirdə Səhiyyə Nazirliyinin və BMT-nin Uşaq Fondunun nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olub, “Patronaj xidmətində universal müvəqqəti model” mövzusunda keçirilən dərsdə iştirak ediblər.