ELM VƏ TƏHSİL


İkiillik fasilədən sonra Şamaxı Astrofizika Rəsədxanası turistləri qəbul etməyə başlayıb

Pandemiya səbəbindən son iki ildə qapılarını turistlərin üzünə bağlayan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası turistləri qəbul etməyə başlayıb. Rəsədxanaya daxil olan yerli və xarici qonaqlar ərazidə olan teleskoplarla, muzeylə, digər eksponatlarla tanış ola biləcəklər.
Dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən rəsədxana ziyarətçiləri gecə və gündüz təyin edilən vaxtlarda qəbul edir. Burada fəaliyyət göstərən astronomik muzeyə giriş ödənişlidir. Böyüklər üçün giriş 3, kiçiklər üçün 2 manat, məktəbəqədər uşaqlar üçün isə pulsuzdur.