MÜSAHİBƏ


“Qarabağ”ın oyunu ilə əlaqədar metropolitenin üç stansiyasında iş vaxtı uzadılacaq

Fevralın 16-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqası turniri çərçivəsində “Gənclik” stansiyası yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionda keçirəcəyi oyunla əlaqədar “Bakı Metropoliteni”nin 3 stansiyası gücləndirilmiş və dəyişdirilmiş iş rejimində çalışacaq.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZƏRTAC-a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciətinə əsasən, matçın gec başa çatacağı ilə əlaqədar metropolitenin “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında iş vaxtı bir saat uzadılacaq.