DÜNYA


İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı artdı

İtaliyanın Emiliya-Romanya vilayətinin şimal bölgəsində yağan leysan və daşqınlar bölgəyə 6 milyard avrodan çox ziyan vurub.
Son məlumatlara görə, azı 14 nəfər təbii fəlakətin qurbanı olub. 40-dan çox yaşayış məntəqəsi daşqınlardan zərər çəkib. Bir neçə nəfər itkin düşmüş sayılır, 30 minə yaxın insan təxliyə edilib. 50 min evin elektrik enerjisi kəsilib.