RƏSMİ


Prezident İlham Əliyev Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcərdə hərbi hospitalın açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.