CƏMİYYƏT


Ağıllı kəndlərin yoxsulluğu azaltma imkanları

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ölkəmizdə yoxsul əhalinin 60 faizinin kənd yerlərində yaşadığını diqqətə çatdıraraq, “ağıllı kənd” layihələrinin icrasının yoxsulluq səviyyəsinin azalmasına səbəb olacağını vurğulayıb. O bildirib ki, Dünya Bankı Azərbaycanın həyata keçirdiyi bu layihələri dəstəkləyir. Xatırladaq ki, işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində tikinti-quruculuq işləri həyata keçirilərkən Azərbaycanda ilk dəfə olaraq “ağıllı kənd” layihəsi icra olunub. Bəs maraqlıdır, “ağıllı kənd” layihəsinin hansı xüsusiyyətləri yoxsulluq səviyyəsinin azalmasına xidmət edə bilər?