İDMAN


Ermənistan bu səbəbdən beynəlxalq yarışda iştirak etmir

Təşkilat Komitəsi bütün ölkələr və idmançılarla bağlı eyni təminatı verib. Ermənistan bir az artıq təminat istəyirdi.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib. O, bir neçə dəfə Azərbaycanda olduğunu xatırladıb: "Heç vaxt burada problemlə üzləşməmişik. Ermənistan tərəfi üçün hər zaman qapılarımızı açıq saxlayırıq. Gəlib iştirak edə bilərlər".