İDMAN


Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının rəsmisi qaydalardan danışdı

2021-ci ildə Tokioda təşkil olunan olimpiadada atıcılıq yarışlarının keçirilmə formatından razıyıq və bu olduğunu kimi qalacaq. Qaydaların dəyişməməsi atletlər üçün də vacibdir. Yalnız Tokiodan fərqli olaraq bu dəfə səngər atıcılıq dairəvi növlə əvəz ediləcək. AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.