İDMAN


Atıcılıq üzrə dünya çempionatının ilk qalibləri müəyyənləşib

Bakıda atıcılıq üzrə dünya çempionatının ilk yarışları keçirilib. Olimpiya növü olan pnevmatik tapançadan 10 m məsafəyə atəş üzrə yarışda kişilər arasında mübarizədə həm fərdi, həm də komanda halında çinlilər üstünlüklərini nümayiş etdiriblər. Fərdi növdə qızıl medalı 244.3 xalla Çin yığmasının üzvü Boven Janq qazanıb. Gümüş medal 240.8 xal toplayan serbiyalı Damir Mikeç, bürünc medal isə 215.7 xal yığan bolqar Kiril Kirova çatıb.