İDMAN


Bakıda atıcılıq üzrə dünya çempionatında növbəti medallar sahibini tapıb

Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün kişilər arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açma yarışları keçirilib.

İsveçli Viktor Lindqren hamını qabaqlayaraq qızıl medal qazanıb. 20 yaşlı atıcı 251.3 xal toplayıb.