İDMAN


Zemfira Meftahətdinova: İdmançılarımız Bakıdakı dünya çempionatında öz rekordlarını yeniləyiblər

Bakıda keçirilən atıcılıq üzrə Dünya çempionatı davam edir. Artıq yarışda stend və dairəvi stend atıcılıq növləri başa çatıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova Bakıda təşkil olunan atıcılıq üzrə 53-cü dünya çempionatı barədə danışarkən deyib.