İDMAN


Macarıstan atıcısı Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında bu gün 300 metr məsafəyə tüfəngdən atəş açma üzrə kişilər arasında yarışlar keçirilib.
Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu növdə Macarıstan təmsilçisi İştvan Peni qızıl medal qazanıb. O, “gümüş”ün sahibi norveçli Andre Kim Landla eyni - 587 xal toplasa da, əlavə göstəricilərə görə həmkarını qabaqlayıb.