İDMAN


300 metr məsafəyə atəş növündə qaliblər bəlli oldu

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı bu gün gərgin mübarizələr, bərabər xallar və bol medallarla yadda qalıb. Qadınlar arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəş açma növündə  qızıl medal 581 xal yığan Norveç atleti Katrin Lunda qismət olub. Gümüş medal sevincini 579 xalla Polşadan olan Karolina Romançik yaşayıb. Karolina qədər xal yığan İsveçrə atleti Silviya Quiqnard Şnider bürünc medalı boynundan asıb.

Komanda növündə Norveç birinci, İsveçrə ikinci, Almaniya üçüncü olub.

Kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqedə atəş açma növündə qalib adını 587 xalla Polşanı təmsil edən Masiey Kovaleviç qazanıb. İkiinci yerə 586 xalla digər Polşa idmançısı Tomaş Bartnik yiyələnib. Bürünc medal Tomaşla eyni sayda xal toplayan isveçrəli Paskal Baxmanna qismət olub.

Komanda növündə İsveçrə birinci, Avstriya ikinci, Norveç üçüncü olub.