İDMAN


Bakı Atıcılıq Mərkəzindən REPORTAJ

Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı sona çatmaq üzrədir. Gərgin mübarizə şəraitində keçən mundialın maraqlı edən məqamlardan biri də rekordlardır.
29 avqusta qədər turnir zamanı 7 yeni rekord qeydə alınıb. 6 növdə isə mütləq nəticə təkrarlanıb.
Xüsusilə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəşaçma növündə qızıl medal qazanan Li Yuehonq tarixi rekorda imza atıb. O, mümkün 40 atışdan 39-u dəqiq yerinə yetirməklə buna nail olub. 50 metr məsafəyə 3 mövqedən atəş üzrə qadınlar arasında yarışda ABŞ komandası 1774 xal toplayaraq yeni dünya rekordunun sahibi olub. AZƏRTAC növbəti günlərdə mübarizə aparacaq idmançıların məşq prossesində iştirak edib.